Xersonda Rusiya FTX-nin koordinasiya mərkəzi vuruldu - VİDEO
Ukrayna Təhlükəsizlik Xidməti Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) koordinasiya mərkəzinin vurulduğunu bəyan edib.
TodayPress TV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, əməliyyatı "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçüləri həyata keçiriblər. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, zərbə FTX-nin koordinasiya mərkəzinə, eləcə də onun əməkdaşlarının Ukraynanın Xerson vilayətinin işğal olunmuş hissəsindəki pansionatlardan birində yerləşən dislokasiya yerinə endirilib.
Ukrayna Təhlükəsizlik Xidməti ehtimal edir ki, zərbə anında obyektdə 100-ə yaxın Rusiya hərbçisi olub.
Nicat Osmanlı
Ukrayna Təhlükəsizlik Xidməti
Xerson vilayəti
Federal Təhlükəsizlik Xidməti
Rusiya
Todaypress.tv
Nicat Osmanlı