Xameneinin niyə ictimaiyyət qarşısına çıxmadığı məlum oldu
Dünya
12.04.2026 10:04
İranın yeni Ali Dini lideri Müctəba Xamenei ağır yaralardan sonra sağalma mərhələsindədir.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə onun yaxın çevrəsindən olan mənbələr məlumat verib.
Məlumata görə, Müctəba Xamenei Tehranın mərkəzindəki iqamətgahına endirilən hava zərbəsi nəticəsində ciddi xəsarətlər alıb.
Bildirilir ki, hücum zamanı onun üzündə ciddi zədələr yaranıb və bir və ya hər iki ayağından ağır xəsarət alıb:
“Buna baxmayaraq, o, şüurunu itirməyib və dövlət idarəçiliyində aktiv iştirak edir”.
Mənbələrin sözlərinə görə, Xamenei müşavirələrə audioformatda qoşulur və ABŞ ilə danışıqlar da daxil olmaqla əsas qərarları verir.
Qeyd edək ki, bundan əvvəl "The Sun" nəşri onun komada olduğunu və ayaqlarını itirdiyini iddia etmişdi.
Qiymət Mahir
tag: İran,Xamenei,Tehran,ABŞ ,TodayPress TV,
