Xameneinin dəfn mərasimi ilə bağlı inanılmaz iddia: 3 min insan…

Xameneinin dəfn mərasimi ilə bağlı inanılmaz iddia: 3 min insan…
05.07.2026 20:42 Dünya

İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimi ilə bağlı diqqətçəkən iddia irəli sürülüb.

TodayPress TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin ölkənin birinci vitse-prezidentinə ünvanladığı məxfi məktubda dəfn mərasimləri zamanı izdiham səbəbindən 1500-3000 nəfərin həyatını itirə biləcəyi ehtimalı qiymətləndirilib.

Bildirilir ki, bu proqnozdan sonra İran hakimiyyəti mümkün fövqəladə halların qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupu yaradıb. Həmçinin Tehran yaxınlığında yerləşən Beheşt-e Zəhra qəbiristanlığında minlərlə yeni məzarın hazırlandığı iddia olunur.

“Die Welt”in istinad etdiyi Tehran şəhər administrasiyasının əməkdaşının sözlərinə görə, məsul qurumlara 3000 nəfərə qədər ölüm halının mümkün olduğu barədə xəbərdarlıq edilib. Mənbə bunu mərasimdə gözlənilən kütləvi izdiham və yüksək hava temperaturu ilə əlaqələndirib.

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər