"Xalqın Xidmətçisi" partiyası Yermakın istefasını dəstəklədi
Ukraynada prezident Volodimir Zelenskinin, administrasiya rəhbəri Andrey Yermakın istefa ərizəsini imzalamaq qərarı hakim “Xalqın Xidmətçisi” partiyası tərəfindən dəstəklənib.
TodayPress TV xəbər verir ki, bu barədə Ali Radadakı fraksiyasının rəhbəri David Araxamia “Telegram” hesabında yazıb.
"Biz, bir komanda olaraq, Volodimir Zelenskinin qərarını dəstəkləyirik", - o, qeyd edib.
Qeyd edək ki, Zelenski bu gün Yermakın istefa verdiyini açıqlayıb.