Xaçaturyanın müharibə itkiləri ilə bağlı açıqlaması DÜZ ÇIXMADI: Rəsmi rəqəm açıqlandı
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqada çıxışı zamanı 44 günlük müharibədə ölkəsinin itkiləri barədə rəsmi rəqəmlərdən kəskin fərqlənən bir məlumat açıqlayıb.
TodayPress TV xəbər verir ki, Prezidentin aparatından verilən açıqlamada səhvə görə üzr istənilib və bildirilib ki, müharibədə həlak olan ermənilərin rəsmi sayı 3 755 nəfərdir.
Qeyd edək ki, Ermənistan hakimiyyəti daha əvvəl 44 günlük müharibədə 3 833 nəfərin öldüyünü, təxminən 160 nəfərin isə itkin düşdüyünü açıqlamışdı.
Türkan İsgəndərli