WSJ: Enerji böhranı ABŞ və digər regionlara yayıla bilər
Dünya
25.03.2026 10:46
Yaxın Şərqdəki münaqişə fonunda yaranan enerji böhranının təsirləri yaxın zamanda ABŞ və digər regionlara da yayıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetində dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, sülh danışıqları tez nəticə verməzsə, Yaxın Şərq neftinin rekord qiymətləri qlobal miqyasda təsirini artıracaq.
Enerji bazarı analitiki Helge Andre Martinsen xəbərdarlıq edib ki, yanacaq təchizatındakı fasilələr davam edərsə, bazarda “tam panika rejimi” yarana bilər.
Ekspertlərin fikrincə, vəziyyətin stabilləşməsi üçün əsas şərt Hörmüz boğazı vasitəsilə neft daşınmasının bərpasıdır.
Bununla yanaşı, qiymətlərin müharibədən əvvəlki səviyyəyə qayıtması üçün Fars körfəzi ölkələrinin hasilatın azaldılması planlarından imtina etməsi, həmçinin İran və Rusiyaya qarşı sanksiyaların yumşaldılması tələb oluna bilər.
Hazırda ABŞ yalnız bu məhdudiyyətlərin qısamüddətli və selektiv yumşaldılmasına gedib.
Bildirilir ki, ABŞ-də benzin qiymətləri artıq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb və hətta münaqişə tez başa çatsa belə, qiymətlərin enməsi yavaş tempdə baş verə bilər.
Qiymət Mahir
tag: ABŞ,Yaxın Şərq,Enerji ,Benzin,TodayPress TV,
