WSJ: Aİ Trampa qarşı çıxdı, amma...
Dünya
28.01.2026 10:35
Avropa ABŞ Prezidenti Donald Trampın siyasətinə sərt reaksiya versə də, qitənin ABŞ-dən asılılığı o qədər dərindir ki, Vaşinqtonsuz yeni ittifaqlarla bu asılılığı əvəzləmək mümkün deyil.
TodayPress TV xəbər verir ki, "The Wall Street Journal" (WSJ) yazır ki, Avropa paytaxtları Trampın Qrenlandiya üzərində nəzarət qurmaq cəhdinə qarşı birləşsə də, təhlükəsizlik, ixrac və texnologiyalar sahəsində ABŞ-dən asılılıq Avropanın əsas müttəfiqi ilə münasibətləri qoparmasını mümkünsüz edir.
Nəşrin qeydinə görə, bu asılılıq Avropanı böyük güclər arasında rəqabət şəraitində zəif mövqeyə salır və Tramp administrasiyası ilə aparılan danışıqlarda ticarətdən tutmuş Qrenlandiya və Ukrayna məsələlərinə qədər Brüsselin əlini zəiflədir. Vurğulanır ki, Avropa onilliklər boyu təhlükəsizlikdə ABŞ-yə, energetikada Rusiyaya, ixracda isə Çinə güvənib, lakin indi hər üç sahədə ABŞ-dən asılı vəziyyətə düşüb.
Qiymət Mahir
tag: Avropa ,Donald Tramp,ABŞ ,Çin,Todaypress.tv,
