Vyetnam Nipah virusu ilə bağlı nəzarəti gücləndirir

Dünya

27.01.2026 17:07

Vyetnam Səhiyyə Nazirliyi Hindistanda Nipah virusunun yayılması ilə əlaqədar ölkə üzrə epidemioloji nəzarətin gücləndirilməsi barədə göstəriş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "VnExpress" məlumat yayıb.

Nazirlik yerli hakimiyyət orqanlarına sərhəd keçid məntəqələrində və səhiyyə müəssisələrində monitorinqin artırılmasını tapşırıb. Qərar Hindistanın Qərbi Benqal ştatında səhiyyə işçiləri arasında Nipah virusuna yoluxma şübhələri barədə məlumatlardan sonra qəbul edilib.

Vətəndaşlara qida təhlükəsizliyi qaydalarına riayət etmək, xüsusilə emal olunmamış kokos və təzə kokos şirəsindən istifadə etməmək tövsiyə olunub.

Məlumata görə, həyat üçün təhlükəli Nipah virusu Kalkutta yaxınlığında aşkar edilib. Beş nəfərin yoluxduğu bildirilir, təxminən 100 nəfər karantinə alınıb. Hazırda Nipah virusuna qarşı müalicə və ya peyvənd mövcud deyil.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vyetnam,Nipah,Virusu,Epiemiologiya,Todaypress.tv,