Volodimir Zelenski atəşkəs elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Pasxa bayramı ərəfəsində cəbhədə atəşkəs elan edib.
TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti bunu aprelin 9-da axşam müraciətində bildirib.
"Ukrayna dəfələrlə humanitar addımlara hazır olduğunu bildirib. Bu il Pasxa bayramı münasibətilə atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik. İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real hərəkət lazımdır", - deyə lider əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Pasxa atəşkəsi elan edib.