"Volkswagen" “Dəmir Qübbə” üçün istehsalı müzakirə edir
Dünya
25.03.2026 18:00
Almaniyanın "Volkswagen" konserni İsrailin “Dəmir Qübbə” HHM sistemi üçün komponent istehsalını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, "Volkswagen" və İsrailin "Rafael Advanced Defence Systems" şirkəti Almaniyanın Aşağı Saksoniya əyalətinin Osnabrük şəhərində istehsal imkanlarını nəzərdən keçirir.
Layihə çərçivəsində yalnız sistem üçün detalların deyil, həm də raketlərin daşınması üçün yük avtomobillərinin yığılması müzakirə olunur.
Mənbənin sözlərinə görə, Almaniya hökuməti bu təşəbbüsü dəstəkləyir, lakin son qərar "Volkswagen" əməkdaşlarının mövqeyindən də asılı olacaq.
Şirkət nümayəndəsi isə bildirib ki, hazırda bu məsələ ilə bağlı heç bir yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, “Dəmir Qübbə” İsrailin qısa mənzilli raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş taktiki hava hücumundan müdafiə sistemidir.
Qiymət Mahir
