Volker: "Cenevrə danışıqlarından sıçrayış gözləməyin"

Dünya

15.02.2026 18:00

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker Cenevrədə keçiriləcək növbəti danışıqlar raundundan irəliləyiş gözləməməyə çağırıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Ukrinform” agentliyinə müsahibəsində bildirib.

Volker iddia edib ki, sülh danışıqları irəliləmir, çünki Rusiya münaqişəni başa çatdırmaq istəmir. Cenevrədə planlaşdırılan növbəti raunddan sıçrayış gözlənilib-gözlənilməməsi ilə bağlı suala o, mənfi cavab verib.

“Rusiyanın atəşkəsə razılaşmaq ehtiyacı hiss etməsi üçün təzyiq artırılmalıdır. Bu, hərbi təzyiq olmalıdır, o cümlədən uzaqmənzilli imkanların verilməsi yolu ilə, həmçinin iqtisadi və maliyyə təzyiqi – Kremlin neft və qaz satışından gəlirləri azalmalıdır”, – deyə Volker qeyd edib.

Qeyd edək ki, Rusiya–ABŞ–Ukrayna formatında üçüncü raund danışıqlar fevralın 17–18-də Cenevrədə keçiriləcək. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İsveçrə şəhəri bütün tərəflər üçün məqsədəuyğun və rahat platforma olduğu üçün seçilib. Moskva nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinskiyin rəhbərlik edəcəyi gözlənilir.

Qiymət Mahir

tag: ABŞ ,Ukrayna, Kurt Volker,Rusiya,TodayPress TV,