Vladimir Putin atəşkəs elan etdi
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə bağlı atəşkəs elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV-i Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə, pravoslav Pasxa bayramının yaxınlaşması ilə əlaqədar olaraq, 11 aprel saat 16:00-dan (Bakı vaxtı ilə 17:00) 12 aprel 2026-cı il günün sonuna qədər atəşkəs elan edilir", - deyə bəyanatda bildirilib
Qeyd edilib ki, Moskva Ukrayna tərəfinin Pasxa atəşkəsi ilə bağlı Rusiyanın nümunəsini izləyəcəyini gözləyir.
Putin, həmçinin Rusiya Silahlı Qüvvələrinə atəşkəs dövründə hərbi əməliyyatları dayandırmağı, lakin düşmənə cavab verməyə hazır olmağı tapşırıb.
Aysel Mətləb