Vens: "Danimarka Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilmədi"
Dünya
08.01.2026 15:45
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Qrenlandiyanın raketdən müdafiə infrastrukturu üçün strateji əhəmiyyət daşıdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində məlumat verib.
“Qrenlandiya təkcə milli təhlükəsizliyimiz üçün deyil, bütün dünyanın təhlükəsizliyi üçün vacibdir və raketdən müdafiə sistemimizin bir hissəsi bu adadan asılıdır”, - deyə Vens vurğulayıb.
Onun sözlərinə görə, Danimarka Qrenlandiyanın təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib və bu istiqamətdə kifayət qədər sərmayə qoyulmayıb. O bildirib ki, Avropa və Danimarka adanın qlobal təhlükəsizlik və raketdən müdafiənin sütunu kimi rolunu qorumaq üçün yetərli addımlar atmayıb.
Vens, həmçinin qeyd edib ki, ABŞ öz maraqlarını qorumaq üçün lazım olan addımları atacaq.
Aysel Mətləb
tag: ABŞ,Vens,Danimarka,Qrenlandiya,Todaypress.tv,
