Vens: "ABŞ-nin İranda əməliyyatı bir müddət davam edəcək"
Dünya
29.03.2026 04:44
ABŞ İranda əsas hərbi məqsədlərinə çatıb.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens bildirib.
O qeyd edib ki, Vaşinqton İrandakı hərbi məqsədlərinin əksəriyyətinə nail olub.
Vensin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp oxşar hadisələrin təkrarlanması riskini azaltmaq üçün əməliyyatı bir müddət davam etdirmək qərarına gəlib.
"Əməliyyatların əsas məqsədi İranın hərbi potensialının uzunmüddətli neytrallaşdırılmasıdır", - ABŞ Vitse-prezidenti əlavə edib.
Vitse-prezident bildirib ki, ABŞ uzunmüddətli mövcudluqda maraqlı deyil və yaxın zamanda İrandan çıxmağı planlaşdırır.
“Biz bir il, iki il sonra İranda olmaqda maraqlı deyilik. Biz işimizi görürük, tezliklə oradan çıxacağıq və neftin qiyməti yenidən düşəcək”, - o vurğulayıb.
tag: ABŞ, İran, Vens,todaypress.tv,
