Venesuelada yeddi günlük matəm elan edildi

Venesuelada yeddi günlük matəm elan edildi
07.01.2026 08:31 Dünya

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olmuş gənclərin şərəfinə yeddi günlük milli matəm elan edib.

TodayPress TV-nin məlumatına görə, Rodriqes bunu "VTV" telekanalının efirində bəyan edib.

"Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərək həyatını qurban verən gənc qadın və kişilərin şərəfinə, onların qəhrəmanlığı və fədakarlığına minnətdarlıq olaraq yeddi günlük matəm elan etməyə qərar verdim", – deyə o bildirib.

Onun sözlərinə görə, matəm elanının səbəbi hakimiyyətin "qurbanlar" adlandırdığı, respublikanın ali dəyərləri uğrunda ölkəni müdafiə edərkən həlak olmuş gənclərin ölümü ilə bağlıdır. Vitse-prezident daxili sülhün qorunmasının vacibliyini vurğulayıb və bir daha Venesuelaya qarşı təzyiq və hücumların dayandırılmasına çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər