Venesuela ordusu Rodrigezə sədaqət andı içdi
Dünya
29.01.2026 12:19
Venesuela ordusu Bolivar Milli Silahlı Qüvvələrinin baş komandanı elan edilmiş səlahiyyətli Prezident Delsi Rodrigezə sədaqət andı içib.
TodayPress TV xəbər verir ki, bu barədə "Venezolana de Television" məlumat yayıb.
Rodrigez çıxış edərək 3 yanvar 2026‑cı il tarixində baş verən hadisələri xatırladıb.
Rodrigez həmçinin ölkədə Milli Müdafiə və Kibertəhlükəsizlik Mərkəzinin yaradıldığını və onun Elm və Texnologiya naziri Qabriela Ximenez tərəfindən idarə olunacağını bildirib.
O, demokratik mövcudluq və sülh proqramı çərçivəsində xaricdə yaşayan Venesuela vətəndaşlarının geri qayıdışı üçün imkanların açıldığını vurğulayıb. Eyni zamanda, ölkəyə zərər verməyə çalışan və Venesuela xalqına qarşı çağırışlar edən ekstremistlərin Vaşinqtonda qalmasının “daha yaxşı” olduğunu deyib.
Xatırladaq ki, 3 yanvar 2026‑cı ildə ABŞ qüvvələri Karakasdakı mülki və hərbi obyektlərə hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Flores ələ keçirilib və ABŞ‑yə aparılıb, bu hərəkət Venesuela hökuməti tərəfindən hərbi təcavüz kimi qınanıb. Venesuelada fövqəladə vəziyyət elan edilib və Rodrigez 6 yanvar tarixində səlahiyyətli prezident kimi and içib. Bu hadisələr fonunda Tramp ABŞ‑nin Venesuelada müvəqqəti idarəetmə aparacağını bəyan edib.
Jalə Rövşən
tag: Venesuela,Bolivar Milli Silahlı Qüvvələr,Delsi Rodrigez,ABŞ,Todaypress.tv,
