Venesuela müxalifəti Maduronun devrilməsindən sonra seçkilər tələb edir

Dünya

10.04.2026 22:20

Venesuela müxalifəti prezident seçkilərinin keçirilməsi üçün 90 günlük qanuni müddətin bitdiyini bildirərək, yeni seçkilərinin keçirilməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Müxalifət lideri Maria Korina Maçdonun rəhbərlik etdiyi Vente partiyası elan edib ki, prezident seçkiləri bu bəyannamədən sonra 30 gün ərzində təyin olunmalıdır.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı uğurlu və genişmiqyaslı zərbə endirdiyini bildirib. O qeyd edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıblar.

Aysel Mətləb

TodayPress TV

tag: Venesuela,Maduro,Seçki,TodayPress TV,