Vaşinqtondan etiraf: "Tehran Hörmüz boğazına effektiv nəzarət edə bilir"

Dünya

30.04.2026 20:32

“İran sübut etdi ki, zərurət yarandığı təqdirdə Hörmüz boğazına effektiv nəzarət etmək iqtidarındadır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsinin yüksək rütbəli demokrat üzvü Cek Rid deyib.

Rid qeyd edib ki, İran Silahlı Qüvvələri münaqişənin çıxılmaz vəziyyətdə qalması üçün kifayət qədər döyüş effektivliyini qoruyur.

"Onun raketləri və pilotsuz uçuş aparatları sizin etiraf etdiyinizdən daha böyük təhlükə olaraq qalır. Və Tehrandakı rejim nümayiş etdirir ki, o, zəruri hesab etdiyi vaxt Hörmüz boğazına effektiv nəzarət etmək qabiliyyətinə malikdir", - deyə o, ABŞ-nin müdaifə naziri Pit Heqsetə müraciətlə bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,İran,Cek Rid,