ÜST Qəzza zolağında xəstələrin təxliyəsini dayandırdı

ÜST Qəzza zolağında xəstələrin təxliyəsini dayandırdı
07.04.2026 11:37 Dünya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında işçilərindən birinin öldürülməsindən sonra xəstələrin Misirə təxliyəsini dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, podratçı işçi baş verən təhlükəsizlik hadisəsində həyatını itirib. Hadisə yerində olan digər iki əməkdaş xəsarət almayıb.

Tedros qeyd edib ki, tibbi təxliyə növbəti xəbərdarlığa qədər dayandırılacaq və müvafiq orqanlar hadisəni araşdıracaqlar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər