Ukraynanın dron yağışı: Rusiya 339 PUA-nı məhv etdi

Ukraynanın dron yağışı: Rusiya 339 PUA-nı məhv etdi
06.06.2026 23:10 Dünya

Rusiya hava hücumundan müdafiə qüvvələri 13 saat ərzində Ukraynaya məxsus 339 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatlarının hücumları saat 07:00-dan 20:00-dək olan müddətdə qeydə alınıb.

Nazirliyin məlumatına görə, PUA-lar Krım, Kaluqa, Belqorod, Leninqrad, Novqorod, Bryansk, Oryol, Pskov, Kursk, Rostov, Ryazan və Smolensk vilayətləri, həmçinin Moskva regionu və Qara dəniz akvatoriyası üzərində vurulub.

Hücumlar səbəbindən Kronştadta giriş müvəqqəti olaraq bağlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər