“Ukraynanın cəmi bir neçə ay vaxtı qalıb” - Fedorovdan Kiyevi şoka salan AÇIQLAMA

“Ukraynanın cəmi bir neçə ay vaxtı qalıb” - Fedorovdan Kiyevi şoka salan AÇIQLAMA
25.08.2026 22:07 Dünya

Sabiq Ukrayna müdafiə naziri Mixail Fedorov ölkənin Rusiya ilə müharibədə “tədricən və yavaş-yavaş uduzduğunu” bildirib.

TodayPress TV xəbər verir ki, Fedorov Reuters-ə müsahibəsində Ukraynanın ciddi strateji dəyişikliklər etməsi üçün cəmi bir neçə ayının qaldığını deyib.

O, ölkədə kök salmış korrupsiya və himayədarlıq şəbəkələrinin, eləcə də dövlət qurumlarının siyasi müstəqilliyinin yetərsiz olmasının inkişafı əngəllədiyini vurğulayıb.

Sabiq nazir Ukrayna dövlətinin mövcud potensialından səmərəli istifadə edilmədiyini və dövlət idarəçiliyinin cəmi 5 faiz effektivliklə işlədiyini iddia edib.

Fedorov həmçinin Prezident Volodimir Zelenskinin seçkilərlə bağlı mövqeyini tənqid edib. O bildirib ki, müharibənin yaratdığı ciddi logistika problemlərinə baxmayaraq, Ukrayna seçkilərin keçirilməsi üçün innovativ həllər tapa bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər