Ukrayna sülh danışıqlarını təxirə salmağı təklif etdi

Ukrayna sülh danışıqlarını təxirə salmağı təklif etdi
09.02.2026 05:59 Dünya

Ukrayna hazırda Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmaq üçün əlverişli mövqedə deyil və bu danışıqlar yaza qədər təxirə salınmalıdır.

TodayPress TV "Strana.ua"nın "Telegram" kanalına istinadən xəbər verir ki, bu fikri Ukrayna  Ali Radasının  deputatı, Müdafiə Komitəsinin katibi Roman Kostenko səsləndirib.

Onun sözlərinə görə, vəziyyət yaza qədər dəyişə bilər və bundan sonra Kiyev öz tələblərini irəli sürmək imkanına malik olacaq. Lakin deputatın qeyd etdiyinə görə, danışıqlardakı mövqeyi dəyişmək üçün bir neçə məqsədə nail olunmalıdır: döyüş meydanında Rusiya qoşunlarının “dayandırılması”, “onların aylıq itkilərinin 50 minə çatdırılması” və “dronların 80–90 faizinin vurulması”.

“Bu halda artıq "əraziləri bizə geri verin" sualı gündəmdə olmayacaq. Ukrayna isə deyəcək: "Atom Elektrik Stansiyasını, Kinburn burnunu bizə geri verin. Nova Kaxovkanı bizə qaytarın, çünki bu, bizim ərazimizdir", – deyə Kostenko bildirib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 Bütün Xəbərlər