Ukrayna Rusiyanı "boğmağa" davam edir: Strateji polad nəhəngi darmadağın edildi - VİDEO

Ukrayna Rusiyanı "boğmağa" davam edir: Strateji polad nəhəngi darmadağın edildi - VİDEO
21.07.2026 10:13 Dünya

Ukrayna ordusu Rusiyanın Lipetsk vilayətinə zərbə endirib. Vilayətdə raket təhlükəsi elan edildikdən sonra iki sənaye obyektində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV-ləri və vilayət qubernatoru məlumat yayıb.

Yanğınların Lipetsk İES-2 və Novolipetsk Metallurgiya Kombinatının yerləşdiyi ərazidə baş verdiyi bildirilir.

Vilayət qubernatoru da şəhərdə iki sənaye obyektində yanğının baş verdiyini təsdiqləyib.

Qeyd edək ki, Novolipetsk Metallurgiya Kombinatı Rusiyanın ən iri polad istehsalçılarından biridir və ölkədə istehsal olunan poladın təxminən 20 faizini təmin edir. Lipetsk İES-2 isə şəhərin və ətrafdakı sənaye müəssisələrinin istilik təchizatında mühüm rol oynayır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər