Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək
Ukrayna Britaniyanın L119 haubitsalarını lisenziya əsasında istehsal edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, istehsal Britaniyanın BAE Systems şirkətinin lisenziyası əsasında həyata keçiriləcək.
Nəşr qeyd edir ki, layihənin uğurla reallaşması Ukraynada daha mürəkkəb Qərb silahlarının, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin də yerli istehsalına yol aça bilər.
Kübra Musayeva