Ukrayna PUA əleyhinə yeni dronlar alacaq

Ukrayna PUA əleyhinə yeni dronlar alacaq
24.03.2026 08:45 Dünya

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan yeni dron əleyhinə "JEDI Shahed Hunter" aparatının istifadəsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə müdafiə qurumu "Facebook"da məlumat yayıb.

Məlumata görə, aparat 350 km/saatdan çox sürət yığmaq, 6 kilometr hündürlüyə qalxmaq və təxminən 500 qram ağırlığında döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

"JEDI" avtomatik rejimdə radiolokasiya stansiyalarından məlumat alır və müstəqil şəkildə hava hədəfinə yönəlir. Tutucu "Shahed", "Geran" və "Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub, həmçinin "Zala" və "Supercam" kəşfiyyat PUA-larını ələ keçirməyə qadirdir.

Dron şaquli uçuş həyata keçirə bilir, çəkisi təxminən 4 kq-dır və sutka boyu işləməyə imkan verən termal kameralarla təchiz olunub. Bir aparat 40 km radiusda səmanı qoruya bilir.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Bütün Xəbərlər