Ukrayna “Oreşnik”i kosmosda məhv edə biləcək sistem sınaqdan keçirdi

Ukrayna “Oreşnik”i kosmosda məhv edə biləcək sistem sınaqdan keçirdi
08.11.2026 19:20 Dünya

Ukrayna ballistik raketləri atmosferdən kənarda zərərsizləşdirmək məqsədilə yeni müdafiə sistemlərini sınaqdan keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, Ukrayna artıq atmosferdənkənar tutma sistemlərinin üç sınağını həyata keçirib. Hazırlanan texnologiyanın əsas hədəflərindən biri Rusiyanın “Oreşnik” ballistik raketinə qarşı mübarizə aparmaqdır.

Məlumata görə, Kiyev gələcəkdə bu komplekslərin seriyalı istehsalını təşkil etməyi planlaşdırır. Lakin layihənin reallaşdırılmasına cəbhənin ehtiyaclarının yüksək olması və maliyyə çatışmazlığı maneə yaradır.

Qeyd edək ki, atmosferdənkənar tutma sistemləri ballistik raketləri Yer atmosferinin hüdudlarından kənarda zərərsizləşdirmək üçün nəzərdə tutulur.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər