Azərbaycanlı idmançılar Olimpiadada rəqiblərini bir-bir məğlub etdi

Azərbaycanlı idmançılar Olimpiadada rəqiblərini bir-bir məğlub etdi
08.11.2026 18:50 İdman

Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışlar davam edir.

TodayPress TV xəbər verir ki, bu gün Azərbaycan millisinin daha iki təmsilçisi mübarizəyə qoşulub.

70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev A qrupunda keçirdiyi ilk görüşdə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcentə, ikinci qarşılaşmada isə anqolalı Diasivi Reanatoya qalib gəlib. 

90 kq çəki dərəcəsində mübarizə aparan digər idmançımız Elgün Kərimli isə B qrupunda əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, ardınca Mərakeşdən olan Nour Qannamı məğlub edib. 

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər