İranda partlayış səsləri - Hörmüzdə iki tanker yandı
İranda bir neçə partlayış və dəniz insidenti qeydə alınıb.
TodayPress TV "Reuters" agentliyinə istinadən xəbər verir ki, İranın Qeşm adasında və Cask limanında partlayış səsləri eşidilib. İran rəsmiləri ərazilərə raket zərbələri endirildiyini təsdiqləməyib. Qeşm adasına iki raketin düşməsi barədə məlumatlar da müstəqil təsdiqlənməyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin mina ilə toqquşduqdan sonra alovlandığını açıqlayıb. Bildirilib ki, gəmilər icazə verilməyən marşrutla hərəkət edib.
Zəhra Məmmədova