Ukrayna keşişləri oğurlayıb səfərbərliyə göndərir - Rusiya KİV

Ukrayna keşişləri oğurlayıb səfərbərliyə göndərir - Rusiya KİV
24.08.2026 23:09 Dünya

Ukraynadakı Ukrayna Pravoslav Kilsəsinin (UPK) keşişlərinin oğurlanması və məcburi səfərbərliyə cəlb edilməsi hallarının sayının yüzlərlə ola biləcəyi iddia edilir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı hesabatda bildirilib. Sənəddə Ukrayna mediasına istinadən qeyd olunur ki, UPK ruhanilərinə səfərbərlik çağırışları Kiyevdən mərkəzləşdirilmiş şəkildə göndərilir və regional hərbi qeydiyyat və çağırış orqanları yan keçir.

Rusiya XİN həmçinin 2025-ci ildən etibarən UPK keşişlərinin məcburi səfərbərliyinə təzyiqlərin artdığını iddia edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər