Ukrayna əsas hərbi bazalardan birinə zərbə endirdiyini bildirdi
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 5-nə keçən gecə Krımda yerləşən Qvardeyskoye hərbi aerodromuna pilotsuz uçuş aparatları ilə zərbə endirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Baş Qərargahın məlumatına görə, hücum strateji əhəmiyyət daşıyan hərbi obyektə yönəlib. Zərbənin nəticələri ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Kübra Musayeva