Ukrayna elektrik enerjisi idxalını artırdı
Ukrayna elektrik enerjisi idxal gücünü öz enerji sisteminin ötürmə qabiliyyətinin maksimum həddinə – 2,1 QVt-a qədər artırıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin milli enerji şirkəti "Ukrenerqo" məlumat verib.
“İstilik mövsümündə elektrik enerjisi tədarükü perspektivlərinə gəldikdə oktyabr ayında idxalın maksimal gücü əvvəlki aylara nisbətən artıb”, - deyə məlumatda qeyd olunub.
Şirkət izah edib ki, elektrik enerjisi tədarükünün texniki imkanlarının artırılması üçün "Şərqi Avropa ötürmə qabiliyyəti hesablama regionu çərçivəsində zəruri işlər aparılır.
Aysel Mətləb