Ukrayna Avropadan yeni silahlar tələb edir

Dünya

09.02.2026 11:11

Ukraynanın müdafiə naziri Avropadan əlavə hava hücumundan müdafiə sistemləri tələb edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. 

Məlumata görə, Ukraynanın müdafiə naziri Mixaylo Fedorov fevralın 11-də  Avropa Birliyinin Xarici İşlər Şurasının iclasında iştirak edəcək və orada Kiyev üçün Patriot və NASAMS da daxil olmaqla əlavə hava hücumundan müdafiə sistemləri tələb edəcək.

Eyni gündə Brüsseldə Aİ üzv dövlətlərinin müdafiə nazirlikləri rəhbərlərinin görüşü də keçiriləcək. Nəşrin məlumatına görə, Fedorov görüşdə iştirak edəcək və avropalı həmkarlarına Ukraynanın “ən təcili” ehtiyacları barədə məlumat verəcək. Həmçinin, görüşdə müdafiə innovasiyaları sahəsində əməkdaşlıq məsələsi də müzakirə olunacaq.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rabitə şöbəsinin rəisi, polkovnik Yuri İqnat isə  daha əvvəl bildirib ki, Ukrayna Silahlı Qüvvələrində hava hücumundan müdafiə raketləri çatışmır.

O xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarına dəfələrlə vurğulayıb ki, bəzən bəzi sistemlər boş qalır və bu da növbəti hücuma qarşı əks-tədbirlər görməyi tələb edir.

Jalə Rövşən 

TodayPress TV 

tag: Ukrayna ,Avropa ,Patriot ,NASAMS,Todaypress.tv,