Ukrayna Afrikada təsirini artırmaq strategiyası hazırlayır

Dünya

25.03.2026 16:17

Ukrayna Afrikada mövcudluğunu genişləndirmək və təsir imkanlarını artırmaq üçün yeni strategiya hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov “UNIAN” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna ilk dəfə olaraq Afrika qitəsində kompleks şəkildə təsir göstərməyi və öz maraqlarını qorumağı hədəfləyir.

Budanov qeyd edib ki, ölkə qlobal səviyyədə rəqabətədavamlı və təsirli geosiyasi oyunçu statusunu möhkəmləndirməyə çalışır və bu məqsədlə iqtisadi, təhlükəsizlik və digər maraqlarını dünyanın müxtəlif bölgələrində irəli sürmək niyyətindədir.

O əlavə edib ki, son illərdə Ukrayna mütəxəssisləri Afrikada milli maraqların müdafiəsi istiqamətində kifayət qədər aktiv olmayıb.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanı Afrikada silahlı qruplara dəstək verməkdə ittiham edib.

Onun sözlərinə görə, Kiyev guya bəzi ölkələrdə, xüsusilə Mali ərazisində, silahlı qruplara təlim keçir və silah, o cümlədən pilotsuz aparatlarla təmin edir.

Zaxarova həmçinin iddia edib ki, Ukrayna münaqişədəki vəziyyət fonunda Afrikada ikinci cəbhə açmağa çalışır.

Qiymət Mahir

tag: Ukrayna ,Rusiya, Afrika,Budanov ,TodayPress TV,