Uitkoff Ukrayna ilə bağlı müsbət xəbərlər gözləyir
Dünya
22.02.2026 12:23
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın zamanda pozitiv xəbərlərin olacağına ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində qeyd danışıb.
Onun fikrincə, növbəti üç həftə ərzində yeni danışıqlar raundu keçirilə və bu, sonradan Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünə gətirib çıxara bilər.
“Biz hər iki tərəfə bəzi təkliflər təqdim etdiyimizi düşünürük. Ümid edirik ki, bu, yaxın üç həftə ərzində onların görüşünə və bəlkə də Zelenski ilə prezident Putinin sammitinə gətirib çıxaracaq. Müəyyən mərhələdə bu, hətta ABŞ prezidenti ilə üçtərəfli görüşə də çevrilə bilər, baxarıq. Düşünürəm ki, o, yalnız münaqişəni bitirə və ən yaxşı nəticəyə nail ola biləcəyinə əmin olduğu halda belə görüşdə iştirak etmək istəyəcək”, – deyə Uitkoff bildirib.
Jalə Rövşən
tag: Stiv Uitkoff ,ABŞ ,Ukrayna,Rusiya ,Todaypress.tv,
