UFC çempionunun illik gəliri açıqlandı
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun illik qazancı təxminən 50 milyon dollar qiymətləndirilir.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, o Rusiyadakı bütün biznes layihələrindən çıxaraq investisiyalarını Birləşmiş Ərəb Əmirlikləri istiqamətinə yönəldib.
İddiaya görə, onun Rusiyadakı aktivlərdən çıxışın əsas səbəblərindən biri vergi hesabatlarında yaranan problemlər olub.
Aynur TAC