Tuva meşələrində fövqəladə vəziyyət elan edildi
Rusiyanın Tuva respublikasında regional meşələrdə fövqəladə vəziyyət elan edilib.
TodayPress TV xəbər verir ki, bu barədə respublika rəhbəri Vladislav Xovalıq özünün “Telegram” kanalında yazıb.
O bildirib ki, son 24 saat ərzində Tuvada 24 meşə yanğını qeydə alınıb. Onların ümumi sahəsi 870 hektardır.
“Quru, isti hava meşə yanğınlarının sayının artmasına səbəb olub”, - deyə
Xovalıq vurğulayıb.
Açıqlamada qeyd olunub ki, yanğınların əsas səbəbi quru tufandır.
Aysel Mətləb