Türkiyədən Livana 15,6 tonluq tibbi yardım
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Mersindən Livana göndərilmək üçün 15,6 ton tibbi yardım və dərman vasitələrinin yola salındığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "NSosial" hesabında etdiyi paylaşımda əlumat yayıb.
"Livanın üzləşdiyi humanitar böhrana qarşı qardaş Livan xalqının yanındayıq. Bölgədəki səhiyyə xidmətlərinə dəstək olmaq məqsədilə hazırladığımız 15,6 tonluq tibbi yardım və dərman vasitələri Mersindən yola düşüb", - deyə nazir qeyd edib.
Aysel Mətləb