Türkiyədən İrana tibbi yardım göndərildi

Türkiyədən İrana tibbi yardım göndərildi
08.04.2026 19:45 Dünya

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu İrana tibbi yardım göndərildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, yük maşınları ilə göndərilən yardım dərman, tibbi ləvazimat və avadanlıqlardan ibarətdir.

Türkiyənin səhiyyə naziri bunu “sarsılmaz dostluq və humanizmin təzahürü” adlandırıb.

“Türkiyə ehtiyacı olan hər kəsə kömək əlini uzatmağa davam edəcək”, - deyə o vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər