Türkiyədən Gümrüyə uçuşlar gözlənilir
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrüyə də uçuşlara başlayacağını gözləyir.
TodayPress TV verir ki, bu barədə o, brifinqdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə dair suala cavabında bildirib.
Baş nazir bunun yaxın vaxtlarda baş verə biləcəyinə ümidvar olduğunu deyib.
Paşinyan xatırladıb ki, "Turkish Airlines" aviaşirkəti bu ilin martından İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb.