Türkiyədən Fransaya sərt reaksiya: "Lüzumsuz cəsarət göstərirlər"
Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik Fransa Prezidenti Emmanuel Makronun Türkiyə əleyhinə açıqlamalarının son dərəcə yanlış olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, partiyanın qərargahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclası barədə açıqlamalar verərkən bildirib.
"Onlar Türkiyəyə qarşı həddindən artıq ritorikadan istifadə etməkdə lüzumsuz cəsarət nümayiş etdirirlər", - deyə Çelik Paris administrasiyasına xəbərdarlıq edib.
Aysel Mətləb