Türkiyədə zəlzələ oldu
Türkiyənin Kütahya şəhərində 3.7 maqnitudada zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) sosial media hesabında məlumat verib.
Hadisə Simav ətrafında qeydə alınıb.
Zəlzələ ocağı 9.09 kilometr dərinlikdə olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.
Töhfə Səməd