Türkiyədə zavodda partlayış oldu- Yaralananlar var
Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən zavodda partlayış olub.
Hadisə Aydının Çine rayonunda qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində ikisi jandarm, biri polis olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.