Türkiyədə su kanalına düşən 3 yaşlı uşaq öldü

Türkiyədə su kanalına düşən 3 yaşlı uşaq öldü
24.01.2026 17:08 Dünya

Türkiyənin Antalya şəhərinin Aksu rayonunda suriyalı ailədən olan üç yaşlı Berra Berhu bacı-qardaşları ilə oynayarkən yağış suyu üçün istifadə edilən drenaj kanalına yıxılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, əraziyə AFAD və yanğınsöndürmə briqadaları cəlb olunub. Təxminən 45 dəqiqə davam edən axtarışlardan sonra azyaşlı su borusundan çıxarılsa da, hadisə yerinə gələn tibbi yardım qrupları uşağın həyatını itirdiyini müəyyən ediblər.

Polislər hadisə yerində araşdırmaları davam etdirir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər