Türkiyədə onlarla şagird dönərdən zəhərləndi

Türkiyədə onlarla şagird dönərdən zəhərləndi
16.05.2025 22:40 Dünya

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.

TodayPress Tv “Haber Global”a istinadən xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.

Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər