Türkiyədə naməlum PUA tapıldı
Türkiyənin Qara dəniz sahilində, ölkənin şimalındakı Filyos şəhəri yaxınlığında hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
TodayPress TV xəbər verir ki, PUA-nı yerli sakinlər tapıblar. Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusi xidmət nümayəndələri və istehkamçılar cəlb olunub.
Hazırda mütəxəssislər pilotsuz uçuş aparatının mənşəyini və texniki xüsusiyyətlərini araşdırırlar.
Kübra Musayeva