Türkiyədə meşəlik ərazidə yanğın başladı
Türkiyənin Balıkesir vilayətində meşə massivində yanğın başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Bildirilib ki, yanğın Biqadiç rayonunda meşəlik ərazidə baş verib.
Hadisə yerinə 8 təyyarə, 5 helikopter, 5 yanğınsöndürən maşın və 171 nəfərlik şəxsi heyət cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.