Türkiyədə meşə yanır - Helikopterlər cəlb olundu
Türkiyənin Balıkesir vilayətində meşə yanğınları başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Əraziyə dörd təyyarə, beş helikopter və 140 nəfərlik şəxsi heyət cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılılır.
Aynur TAC