Türkiyədə korrupsiya istintaqı çərçivəsində 48 nəfər saxlanıldı

Türkiyədə korrupsiya istintaqı çərçivəsində 48 nəfər saxlanıldı
13.09.2025 15:30 Dünya

Türkiyə prokurorluğu korrupsiya işlərinin araşdırılması ilə bağlı İstanbulun Bayrampaşa rayonunun bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasından olan Həsən Mutlu da daxil olmaqla, 48 nəfərin saxlanılması barədə sərəncam verib.

TodayPress TV bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Bu gün səhər saatlarında polis vəsaitlərin mənimsənilməsi, rüşvət alma və tenderlərin keçirilməsi zamanı manipulyasiyalarda şübhəli bilinən şəxslərin saxlanılması və sənədlərin götürülməsi üçün 72 ünvanda əməliyyat keçirib.

Əməliyyatın gedişində Bayrampaşa rayonunun bələdiyyə sədri polis tərəfindən saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər