Türkiyədə həbsxanada kütləvi dava: 21 yaralı var
Dünya
24.01.2026 12:15
Türkiyənin Sakarya əyalətinin Ferizli rayonundakı 2 nömrəli L Tipli Qapalı Cəzaçəkmə Müəssisəsinin cinayət şöbəsində 21 məhbus arasında sözlü mübahisədən sonra dava düşüb və nəticədə bir məhbus başından xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, hadisədə iştirak edən 21 məhbus aldıqları xəsarətləri müayinə etmək üçün Ferizli Dövlət Xəstəxanasına aparılıb.
Müayinə zamanı M.A adlı məhbusun tikiş tələb edən açıq baş zədəsi aldığı aşkarlanıb. İlkin yardımdan sonra yaralı məhbus müalicəsini davam etdirmək üçün Sakarya Təlim və Araşdırma Xəstəxanasına köçürülüb.
Digər 20 məhbus isə rayon dövlət xəstəxanasında ilkin müalicə aldıqdan sonra həbsxanaya qaytarılıb.
Həmçinin məlum olub ki, hadisədə iştirak edən məhbuslar ayrı palatalara yerləşdirilib. Vəziyyətin gərginləşməsi ehtimalı azdır.
Aysel Mətləb
tag: Türkiyə,Dava,Yaralı,Məhbus,Todaypress.tv,
