Türkiyədə fabrik yanğınında 6 nəfər öldü
Türkiyədə ətir fabrikində baş verən yanğında 6 nəfər həyatını itirib.
TodayPress TV Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Kocaelinin Dilovası rayonunda qeydə alınıb.
Yanğın zamanı 6 nəfərin həlak olduğu, 1 nəfərin isə yaralandığı bildirilib. Məlumatlara görə, ölənlərin hamısı fabrikin işçiləridir.
Hadisə yerinə yanğınsöndürən qruplar cəlb edilib.